Qırx illik tarixə bu gündən baxış..

412

Ümummilli liderimiz Heydər Əliyev xalqımızın tarixi taleyində hər zaman özünəməxsus yer tutub. Ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə qəbul etdiyi tarixi qərarlar Ona Azərbaycan qədər əbədiyaşarlıq qazandırıb. Sovetlər Birliyinin ideologiyasına zidd olaraq xalq qəhrəmanı Babəkin adına yeni bir inzibati ərazi vahidi–Babək rayonunu təşkil etmək dahi şəxsiyyətin o illərdə atdığı qorxmaz, cəsarətli və müdrik addımlardan biri idi.1978-ci il oktyabrın 23-də qəbul edilən bu tarixi qərarın bəhrələri sonralar daha aydın görüləcəkdi. Bu, bir tərəfdən muxtar respublikanın sosial-iqtisadi inkişafına göstərilən diqqətin nümayişi idisə, digər bir tərəfdən Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi idi. Rayona Babəkin adının verilməsi isə milli kimliyimizin, milli şüurumuzun, tariximizin bərpası demək idi.
O illərin canlı şahidi olan müsahiblərimiz Babək rayonunun keçdiyi inkişaf yolunu belə nəql edirlər:
Nehrəm kənd sakini Tofiq Abutalıbov: “Ulu öndərin zəhməti ilə yaranan Babək rayonu bu gün 40 yaşını qeyd edir. Tarix baxımından az bir vaxt deyil. Müstəqillik illərində Babək rayonu sürətli inkişaf yolu keçib. Bütün sahələrdə misli görünməmiş inkişaf tempi təmin olunub. Ölkə başçısı cənab İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif vaxtlarda imzaladığı fərman və sərəncamlar, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun himayəsi və qayğısı Babək rayonunu inkişafın yeni mərhələsinə qovuşdurub. Yaşadığım Nehrəm kəndində abadlıq-quruculuq işləri aparılır, insanların rahatlığına xidmət edən sosial layihələr icra olunur. Buna görə də kəndimiz sürətlə böyüyərək və inkişaf edərək muxtar respublikanın iri yaşayış məntəqələrindən birinə çevrilib.”
Sirab kənd sakini, ziyalı Zaleh Novruzovsa qeyd edir ki, rayonun təhsil ocaqlarında maddi-texniki baza gücləndirilib, şagirdlərin vətənpərvər, intellektual, hərtərəfli biliyə malik olmaları üçün zəruri şərait yaradılıb. İndi övladını məktəbə yola salan valideyn onun sabahından nigaran deyil. Əmindir ki, uşağı yaxşı şəraiti olan məktəblərdə təhsil alır. Babək rayonunda yerləşən ümumtəhsil məktəbləri də bu işlərdən öz nəsibini alıb. Mən özüm orta təhsilimi Kərimbəyli məktəbində almışam. Çünki o illərdə Sirab, Qahab, Zeynəddin, Kültəpə zonasında yalnız bir məktəb binası var idi. İndi sadaladığım bu kəndlərin hər birində müasir təhsil infrastrukturu yaradılıb. Bir sözlə, oxumaq, yaxşı təhsil almaq, bir vətəndaş kimi yetişmək üçün uşaqlarımız kəndbəkənd gəzmirlər.”
Zeynəddin kənd sakini, torpaq mülkiyyətçisi Natiq Nəbiyev vurğulayır ki, indi Babək muxtar respublikanın inkişaf edən əsas aqrar rayonlarından hesab olunur. Burada torpaq mülkiyyətçiləri üçün yaxşı şərait yaradılıb. Kəndli torpağının da, məhsulunun da, qazancının da sahibinə çevrilib. Zeynəddin kəndində bu gün də demək olar ki, tünü torpaq sahələri əkinə cəlb edilib. Heyvandarlıq da sürətlə inkişaf edir.
Yuxarı Buzqov kənd sakini Vahid Şahverdiyev zamanında güllə səsi ilə yatıb-qalxdığım bu kənddə indi güllər açdığını deyir : “Rayonumuzun Aşağı və Yuxarı Buzqov kəndlərində də kompleks quruculuq işləri aparılıb,yeni məktəb binaları, kənd və xidmət mərkəzləri tikilib, yollara asfalt örtük verilib, içməli su xətti çəkilib. Hər kəs bilir ki, yol çəkmək nə qədər çətin və xərc tələb edən bir işdir. Amma müstəqil Azərbaycan dövləti bizim bu qayğımızı da çəkib.”
Babək qəsəbə sakini Fədai Süleymanov isə göstərilən sosial qayğıdan danışdı. Babək rayonunda yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi rayonun inkişaf və tərəqqisindən xəbər verir. Yeni inzibati binalar, müəssisələr, yollar, müasir xəstəxanalar, məktəb binaları, kənd və xidmət mərkəzləri əhalinin yaxşı şəraitdə işləməsinə, məşğulluğunun təmin olunmasına, rahat yaşamasına, sağlamlığının qorunmasına, təhsilinə, rifah halının yaxşılaşmasına, insanların asudə vaxtlarının səmərəli təşkilinə göstərilən qayğının təzahürüdür. Bu işlərin davamı kimi qəsəbəmizdə yeni yaşayış binası, məscid və mərasim evi istifadəyə verildi. Bu, rayonumuzun təşkil olunmasının 40 illiyinə dəyərli töhfədir.
Müsahiblərimizin dediklərindən sonra gəldiyim qənaət bu oldu: Naxçıvanın 25 illik inkişaf və çiçəklənmə dövrünün bir ilində görülən işlər Sovet dönəmində 10 ildə görülən işlərə bərabərdir. Bu nailiyyət Babək rayonunu da inkişaf və tərəqqiyə qərq edib. Bu, hələ son deyil. Ölkəmizin siyasi və iqtisadi qüdrəti artdıqca rayonumuz daha da böyüyəcək, inkişaf edəcək. Uğurların bol, ömrün duz dağı qədər olsun, əziz Babəkim.!!

 

Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: