Qırğızıstan parlamenti (Joqorku Keneş) hökumətə etimadsızlıq göstərdiyinə görə ölkə Prezidenti Sooronbay Jeenbekov Baş nazir Sapar İsakovun və hökumətin istefaya göndərilməsi barədə Fərman imzalayıb.
Nuhcixan.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Fərmana əsasən Baş nazir İsakov və hökumət üzvləri hökumətin yeni heyəti formalaşana qədər səlahiyyətlərinin icrasını davam etdirəcəklər.
Bir qədər əvvəl Qırğızıstan parlamenti səs çoxluğu ilə İsakov hökumətinə etimadsızlıq ifadə edib. Prosedurun təşəbbüsü parlamentin müxalif “Ata-Jurt Respublika” və “Ata-Meken” (Vətən) fraksiyaları tərəfindən irəli sürülüb. “Qırğızıstan parlamenti ilk dəfə olaraq hökumətə etimadsızlıq ifadə edib. Buna səbəb nazirlər kabinetinin bir çox səhvləri olub”, – deyə müxalif “Onuqqu – Proqress” fraksiyasının deputatı İshaq Masaliyev bildirib.
Qeyd edək ki, aprelin 17-də parlament müxalifəti Qırğızıstan hökumətinin illik məruzəsini qeyri-qənaətbəxş hesab edib. Parlamentdə 52 nəfərlə təmsil olunan müxalif deputatlardan yalnız ikisi bunun əleyhinə çıxıb.