Qırğızıstan millisi Azərbaycan yığması ilə oyun üçün heyətini açıqlayıb

169

Xəbər verdiyimi kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan və Qırğızıstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, millimizin rəqibi heyətini açıqlayıb. Heyətdə qapıçılar – Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”), müdafiəçilər – Kursanbek Şeratov, Tamirlan Kozubayev, Baxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”), yarımmüdafiəçilər – Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Axmedov, Kayrat Jırqalbekuulu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abduraxmanov (“Alay”), Farxat Musabekov (“İlbirs”), Alimardon Şukurov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”), hücumçular – Mirlan Murzaev (“Somaspor”, Türkiyə) və Roman Levçenko (“Torpedo”, Rusiya) yer alıblar.

Oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Görüşün baş hakimi Ali Palabıyık olacaq. Ona həmyerliləri Serkan Olğuncan və İbrahim Çağlar Uyarcan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu saat 20:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: