Azərbaycanın Qarsdakı Baş konsulluğu bu şəhərdəki Heydər Əliyev Parkında iməcilik təşkil edib.
NUHÇIXAN xəbər verir ki, iməcilikdə Qarsdakı diplomatik nümayəndəliyimizin kollektivi və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İməcilikdə Heydər Əliyev Parkındakı yaşıllığa qulluq göstərilib, təmizlik işləri aparılıb.
Yerli KİV-lər bu barədə geniş məlumat yayıblar.
Azərbaycanın Qarsdakı Baş konsullu Nuru Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə ehtiram məqsədi ilə təşkil olunan bu tədbirlər Naxçıvan Muxtar Respublikasında keçirilən ənənəvi iməciliklərə həmrəylik nümayiş etdirir.
Qeyd edək ki, Qarsdakı Heydər Əliyev Parkında iməciliklər iki ildir ki, ardıcıl olaraq davam edir.