“Qarabağ”ın “Şerif”lə ilk oyunu avstriyalı hakimlərə tapşırılıb

160

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada “Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: