“Qarabağ”ın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində irəliləyib

131

“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Ukraynanın “Vorskla” klubu üzərində 1:0 hesablı qələbəsi nəticəsində Azərbaycan UEFA assosiasiya reytinqində irəliləyib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan aktivindəki xallarını 19,000-ə çatdırıb.

Aktivinə 0,500 xal əlavə edən Azərbaycan 26-cı pilləyə yüksəlib. İsrail 18,625 xalla 25-ci pillədə qərarlaşıb, Polşa və Qazaxıstan 19,250 xalla 25-ci və 24-ci yerləri bölüşürlər. Polşanın avrokuboklarda təmsilçisi qalmayıb. Beləliklə, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində xallar qazana bilsə, Polşanı geridə qoymaq mümkün olacaq.

Reytinqə aktivində 93,855 xalı olan İspaniya assosiasiyası başçılıq edir. İngiltərə 70,320 xalla ikinci, İtaliya isə 69,725 xalla üçüncü yerdə qərarlaşıb. “İlk 10-a” isə müvafiq olaraq Almaniya (65,355), Fransa (53,165), Rusiya (48,382), Portuqaliya (42,832), Belçika (37,300), Ukrayna (37,100) və Türkiyə (33,200) daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: