“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi məlum oldu

174

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

NUHÇIXAN-ın məlumatına görə, bu mərhələdə “Qarabağ”ın potensial rəqibi məlum olub.

Belə ki, “Qarabağ” üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Niderlandın “PSV Eyndhoven” klubu ilə qarşılaşacaq.

“Qarabağ” BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə edəcək.

BATE ilə oyun avqustun 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və İsveçdən olan hakimlər idarə edəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 21-22 və 28-29 avqust tarixlərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: