“Qarabağ”a qayıdan Reynaldo: “Evimə gəldiyim üçün xoşbəxtəm”

124

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm”.

NUHÇIXAN-ın məlumatına görə, bunu 2 ildən sonra “Qarabağ”a qayıdan futbolçu Reynaldo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı hücumçu Ağdam komandasının forması ilə yenidən meydana çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: “Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” ailəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, Reynaldo 2013 – 2016-cı illərdə də “Qarabağ”da forma geyinib. O, Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. “Sambaçı” Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: