“Qarabağ” UEFA Avropa Liqasının “pley-off” mərhələsində

203

“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşıb.

NUHÇIXAN-ın məlumatına görə, oyunun 20-ci dəqiqəsində BATE-nin oyunçusu M.İvaniç hesabı açıb – 1:0. Oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın ispaniyalı oyunçusu Miçel hesabı bərabərləşdirib – 1:1.

Matçın 77-ci dəqiqəsində “Qarabağ”ın hücumçusu Emeqara ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyun 1:1 hesabı ilə başa çatıb.

İlk oyun BATE komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Belarusun BATE komandası Çempionlar Liqasının “pley-off” mərhələsinə, “Qarabağ” isə Avropa Liqasının “pley-off” mərhələsinə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: