“Qarabağ”-“Olimpiya” oyununu israilli hakimlər briqadası idarə edəcək

180

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Qarabağ”–“Olimpiya” (Sloveniya) oyununa hakim təyinatı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Erez Papir olacaq. Ona həmyerliləri David Elias Bitton və Eliyahu Casapu kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jareci (Albaniya) olacaq.

Qeyd edək ki, komandalar arasında Sloveniyada keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: