UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsinin V turu çərçivəsində növbəti oyununu keçirəcək.
NUHÇIXAN-ın məlumatına görə, təmsilçimiz Bakı Olimpiya Stadionunda, saat 21:55-də Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.
Oyunu Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Matça 10 mindən artıq bilet satılıb.
Qeyd edək ki, E qrupunda mübarizə aparan Ağdam təmsilçisi 4 oyundan 3 xalla sonuncu sıradadır.