“Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

285

İyunun 19-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” komandası mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Turnirin birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Sloveniyanın “Olimpiya Lyublyana” komandası olub.

Bu mərhələnin ilk qarşılaşmaları iyulun 10-11-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: