Braziliya idman məhkəməsi “Atletico Paranaense” klubunu cəzalandırıb.
NUHÇIXAN UOL-a istinadən xəbər verir ki, buna səbəb klubun qapıçısı Aderbar Santosun oyun zamanı mobil telefondan istifadə etməsi olub. Santosun klubu bu hadisəyə görə, 13 min dollar məbləğində cərimə olunub. Qapıçıya isə 1 oyunluq cəza verilib.
Aderbar Santos avtomobilin sükanı arxasında telefondan istifadə edən şəxslərə qarşı aksiyada iştirak edərək bu addımı atdığını bildirib: “Telefonla oyuna çıxdığım üçün cəzalandırıldım. Lakin sükan arxasında telefondan istifadə edən şəxslər üçün də eyni cəzaların tətbiq olunmasını istəyirəm”.