Qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb

75

Ordubad rayon polis şöbəsinin əməkdaşları qanunsuz ov edən rayonun Behrud kənd sakini Rzayev Dilavər Novruz oğlu və Ordubad şəhər sakini Hüseynov Anar Fərhad oğlunu  saxlayıblar.

Ordubad Rayon Polis Şöbəsindən NUHÇIXAN-a verilən  məlumatda bildirilir ki, saxlanılan şəxslərin mütəmadi olaraq qanunsuz ovçuluqla məşğul oluduğu aşkarlanıb. Onlar bu dəfə adı “Qırmızı kitab ”a düşən  dağ keçisi ovlamaq istəyiblər. Bu zaman ərazidə ətraf mühitin öyrənilməsi üçün quraşdırılan müşahidə kameralarına da müdaxilə  ediblər.

Saxlanılan şəxslər tutduqları əməldən peşiman olduqlarını bildiriblər. Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Gülməmməd Əliyev

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: