Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedir

214

İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.

NUHÇIXAN xəbər verir ki, səfərin məqsədi iyulun 10-11-də İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanıstanda sülh və istiqrar mövzusuna həsr edilmiş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.

Qeyd edilib ki, müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin qatılacağı konfransın gündəliyinə bir sıra önəmli məsələlərin müzakirəsi, o cümlədən Əfqanistanda sülhün və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakı ekstremizmə qarşı birgə mövqeyin nümayişi daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: