Qadın voleybolçularımız dünya çempionatının ikinci mərhələsinin növbəti oyununda Türkiyə millisinə məğlub olublar
Oktyabrın 10-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində növbəti oyununu Türkiyə yığmasına qarşı keçirib.
NUHÇIXAN xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşma Bakı vaxtı ilə saat 5:40-da başlayıb. Gərgin idman mübarizəsi şəratində davam edən birinci setdə türkiyəli voleybolçular 26:24 hesabı ilə qalib gəliblər.
Oyunun ikinci hissəsi türkiyəli voleybolçuların üstünlüyü şəraitində keçib və 25:17 hesabı ilə onların xeyrinə başa çatıb.
Oyunun üçüncü hissəsində üstünlüyü ələ alan idmançılarımız həmin seti qələbə ilə başa vurublar 25:22.
Oyunun dördüncü hissəsində üstünlüyü yenidən ələ alan türkiyəli idmançılar həmin seti qələbə ilə başa vurublar 25:21. Beləliklə oyun Türkiyə millisinin qələbəsi ilə başa çatıb – 3:1.