Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununa çıxıb

102

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 19-da Qızıl Avropa Liqasında ilk oyununu keçirir.

NUHÇIXAN xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Ukrayna yığması ilə qarşılaşır.

Millimizin oyun üçün heyətində Şəfaqət Alışanova, Yana Əzimova, Kristina Yaqubova, Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Marqarita Əzizova, Ceyran İmanova, Bəyaz Əliyeva və Yuliya Kərimova yer alıblar.

Oyunu yunanıstanlı baş hakim Epaminondas Gerothodoros idarə edir. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirir.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız digər oyununu mayın 23-də səfərdə Portuqaliyaya qarşı keçirəcək. Ayın sonunda isə millimiz Bolqarıstana səfər edəcək. Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: