Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyun keçiriblər

132

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azərsu” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda ilk oyununu keçirib.

NUHÇIXAN EHF-in rəsmi saytına istinadla xəbər verir ki, təmsilçilərimiz turnirin birinci təsnifat mərhələsində Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşıb. “Hala Vidoviskovo Sportova” arenasında keçirilən matç meydan sahiblərinin 27:21 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı ukraynalı hakimlər Anatoli Novikov və Valeri Rozkov idarə ediblər. EHF nümayəndəsi isə belaruslu Siarhei Kot olub.

Komandalar arasında cavab qarşılaşması sentyabrın 16-da, əvvəlcədən razılaşdırıldığı kimi, Polşada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: