NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq Kəngərli rayonu ərazisində salınan püstə bağında aqrotexniki tədbirlər aparılır. Son günlər bağda çəyirtgələrin bitkiyə ziyan vurması müşahidə olunub. Bağda dərmanlama işləri aparılmaqla zərərvericilər məhv edilib. Mübarizə tədbiri aparılarkən ənənəvi olaraq aldadıcı yemdən deyil, sadə çiləmə üsulundan, inseksidlərdən istifadə edilib. Məqsəd bağda muxtar respublikanın fauna və florasına məxsus quş və digər heyvan növlərinə zərər vurmamaqdır.
Novruz Məmmədov