Prokurorluq əməkdaşları əsgərlərin bayramını təbrik ediblər

257

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları  Şərur Rayon ərazisində yerləşən sərhəd zastavasında olublar.Onlar  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əsgərlərə bayram sovqatı gətiriblər.

Naxçıvan Muxtar Respublikasının  prokroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri  Səbuhi Şahverdiyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə sərhədçiləri təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Muxtar Respublika Prokroru qeyd edib ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız bu bayramı həmişə sevinc hissi ilə qeyd edir. Bu bayramların əsgərlərlə qeyd edilməsi isə ordu-xalq birliyinin bir təcəssümüdür.

Qeyd olunub ki,  bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur.

Hərbi hissənin əsgəri Ruhid Ələkbərov və mayor Şöhrət Kazımov  göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından  minnətdarlıqlarını  bildiriblər. Qeyd ediblər   ki, bu gün Azərbaycan əsgərinin maddi cəhətdən heç nəyə ehtiyacı yoxdur. Ölkəmizin müdafiə xərcləri ildən-ilə artır, təminatımız  ən yüksək səviyyədədir. Bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluqçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya  və əsgərlərə mənəvi dayaqdır.

Sonra gətirilən bayram sovqatları hərbi hissəyə təhvil verilib.

Müzəffər Əsgərov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: