Prezident İlham Əliyev Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb.
Naxcivantv.az-ın məlumatına görə, Sərəncamda qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.