Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvanda çalışan qaz təsərrüfatı işçiləri də var.
Prezidentin sərəncamı ilə Cəfərov Nadir Zeynal oğlu, Hüseynov Tofiq Vəli oğlu və Məmmədov Sahib Qəhrəman oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.