Prezident İlham Əliyev iyunun 4-də Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının Su təsərrüfatı və meliorasiya işçiləri də var.
Prezidentin sərəncamı ilə, Mərdəliyev Qabil Bayram oğlu, Orucov İsmayıl Süleyman oğlu və Quliyev Nəriman Qəhrəman oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.