Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

829

Prezident İlham Əliyev oktyabr ayının 30-da kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi və təltif edilməsi haqqında sərəncam imzalayıb

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Həsənov Fikrət Əyyub oğlu “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə,  Mirzəyeva Familə Mirzə qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə, Abbasov Xaliq Dilavər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Həsənov Həzi Kərəm oğlu və Hüseynov Pamir Nəsurullah oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: