Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

756

Prezident İlham Əliyev dekabr ayının 25-də Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Şirəliyev Mübariz Məmmədəli oğlu 1-ci dərəcəli “Əmək” ordeni ilə, Orucov Valeh Qəşəm oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə, Abdullayev Tahar Vəzir oğlu və Quliyev Elxan Piri oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə  görə təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: