Prezident Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına orden, medal və hərbi rütbələr verib
Prezidenti İlham Əliyev iyunun 25-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” və “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncamlar imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da var.
Prezidentin sərəncamları ilə General-leytenant Mustafayev Kərəm Nəriman oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Polkovnik Fazil Köçəri oğlu Ağalarova və polkovnik Niyaməddin Məhərrəm oğlu Tağıyevə isə “general-mayor” ali hərbi rütbəsi verilib.
General-mayor Eyyubov Teymur Tərlan oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Polkovnik Məhərrəmov Etibar İsmayıl oğlu, polkovnik-leytenant Dadaşov Haqverdi Xudaverdi oğlu, polkovnik-leytenant Məmmədov Cəlil Allahverən oğlu və əsgər (ölümündən sonra) Tatarov Adil Əli oğlu “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Bayramov Samir Azad oğlu – polkovnik
Həsənov Məhəmməd Kərim oğlu – polkovnik
Cavadov Rüstəm Gürşad oğlu – polkovnik-leytenant
Həmzəyev Muxtar İsmayıl oğlu – polkovnik-leytenant
Süleymanov Faiq Rafiq oğlu – mayor
İsaqov Mircəlal Eldar oğlu – kapitan
Mehdiyev Ələsgər Əli oğlu – kapitan
Məmmədov Rəşad Arif oğlu – kapitan
Şirinov Elnur Ramiz oğlu – kapitan
Tağıyev Vüsal Musa oğlu – kapitan
Vəliyev Nizami Dünyamin oğlu – kapitan
Gözəlov Əlqəm Əhəd oğlu – baş leytenant
Şıxnəbiyev Renat Gülməmməd oğlu – baş leytenant
Zeynalov Təbriz Eyvaz oğlu – baş leytenant “İgidliyə görə” medalına layiq görülüblər.
Polkovnik-leytenant Hüseynov Çingiz Oruc oğlu, polkovnik-leytenant İsmayılov Füzuli Qəzənfər oğlu və polkovnik-leytenant Süleymanov Elşad Nadir oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.
Qeyd edək ki, həmin hərbi qulluqçular Azərbaycan Ordusunun yaranmasının 100 illiyi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.