Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının xalçaçıları da var.
Prezidentin sərəncamı ilə, Əliyeva Rübabə İbrahim qızı, Həmidova Vəfa Adil qızı, Hümbətova Həcər Mahmud qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.