Prezident Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabitlərinə “general-mayor” hərbi rütbəsi verdi

3. 592

Prezident İlham Əliyev iyunun 25-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabitləri də var.

Prezidentin sərəncamı ilə  polkovnik Fazil Köçəri oğlu Ağalarov və polkovnik Niyaməddin Məhərrəm oğlu Tağıyevə general-mayor” hərbi rütbəsi verilib.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: