Prezident İlham Əliyev publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsini təsdiq edib

440

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin.

Bu Fərmanla təsdiq edilmiş Nümunəvi Nizamnamə:

– Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin nizamnamələrinin layihələri hazırlanarkən əsas hesab edilsin;

– Azərbaycan Respublikasının Prezidenti tərəfindən aidiyyəti icra hakimiyyəti orqanlarına yaradılması tapşırılmış publik hüquqi şəxslərin (müvafiq sahələr üzrə publik hüquqi şəxslərin nümunəvi nizamnamələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi hallar istisna olmaqla) nizamnamələrinin layihələri hazırlanarkən nəzərə alınsın.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: