Prezident İlham Əliyev Petro Poroşenkonu təbrik edib

146

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Petro Poroşenkoya təbrik məktubu göndərib.

NUHÇIXAN-ın məlumatına görə ,təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənəni özündə bariz şəkildə əks etdirir.

İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və daha da dərinləşməsi ölkələrimizin və xalqlarımızın rifahına yeni töhfələr verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: