Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

143

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə toxunuldu, dövlətimizin başçısının son səfərinin önəmi qeyd olunub. Bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirilib, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulanıb, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışılıb və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olundu və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edilib.

Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib.

Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirib onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: