Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

118

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirib.

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: