Prezident İlham Əliyev meksikalı həmkarını təbrik edib

164

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.

NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: