Prezident İlham Əliyev Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb

215

Prezident İlham ƏliyevAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur.

Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur.

Mədəniyyət Nazirliyinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: