NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ağa Qulu oğlu Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Qulu Novruz oğlu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.