Prezident Günnüt əməliyyatının qəhrəmanını təltif etdi 

2. 801

Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında əsgər Tatarov Adil Əli oğlu da var.  O, ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Tatarov Adil Əli oğlu ötən ay Əlahiddə Ümumqoşun Ordunun uğurla həyata keçirdiyi Günnüt əməliyyatında düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.

Qeyd edək ki, Günnüt əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və onun ətrafındakı 11 min hektarlıq ərazi düşmənin nəzarətindən tam azad edilib, bir sıra strateji yüksəkliklər ordumuzun əsgərləri tərəfindən ələ keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: