Plastik qabların tərkibindəki “Bisfenol A” maddəsi insan orqanizmində xərçəngin inkişafına yol açır

158

Hazırda marketlərdə plastik kütlələrlə qablaşdırılmış qida məhsulları və içməli sulara rast gəlmək mümkündür. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan “Bisfenol-A” maddəsi təşkil edir.

NUHÇIXAN xəbər verir ki, “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Dünyada ildə 2,7 milyard kiloqram istehsal edilən bu maddə bəzən antioksidant kimi də istifadə olunur.

“Bisfenol A” plastik kütləyə bərkidici kimi qatılır. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.

ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır.

Hazırda dünyanın bir neçə ölkəsində plastik qabların və polietilen torbaların istifadəsinə məhdudiyyətlər qoyulub. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da onlardan istifadənin azaldılması istiqamətində bir sıra tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: