Plastik pəncərələr mənzillərdə istixana effektinin əmələ gəlməsinə səbəb olur

88

Evləri soyuqdan qoruyan və estetik görünüşə malik olan plastik pəncərələr ev sahibi üçün arzuediləndir.

Evlərdə olan taxta pəncərələri ilbəil boyamaq, qışda isə soyuqdan qorumaq üçün xüsusi yapışdırıcılardan istifadə etmək, yazda isə bunları təmizləmək lazım gəlir. Plastik pəncərələr isə evləri küçə gurultularından, küləkdən və tozlardan yaxşı qoruyur. Ancaq plastik pəncərələrin kiçik bacalarını qış aylarında belə mütləq tez-tez açmaq lazımdır. Çünki plastik pəncərələr mənzillərdə istixana effektinin əmələ gəlməsinə səbəb olur. Plastik pəncərələr olan evlərdə mütləq kondisioner olmalıdır.

NUHÇIXAN xəbər verir ki, bunu kimya elmlər namizədi Abuəli Hüseynli qeyd edib. Mütəxəssis bildirib ki, taxta qapı-pəncərələr bahalı olmasına rəğmən, ekoloji təmiz materiallardır. A.Hüseynli son zamanlar Bakı şəhərində yeni inşa edilən binalarda bütün pəncərə və qapıların ekoloji təmiz olmayan plastik materiallardan ibarət olduğunu da vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: