Peru qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə dərc olunub

122

NUHÇIXAN xəbər verir ki, Perunun “El Peruano” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məqalə dərc edilib. Məqalənin müəllifi Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədovdur.

Məqalədə Şərqdə ilk demokratik respublika olan Azərbaycanın 1918-1920-ci illər ərzində keçdiyi çətin və şərəfli yol barədə məlumat verilir. Qeyd olunur ki, çətin geosiyasi şərtlərdə yaranmış demokratik respublika qısa dövr ərzində mühüm uğurlar qazanıb. Ən vacib uğurlardan biri isə milliyyətindən, cinsindən, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi olub.

Daha sonra məqalədə Azərbaycanın 70 ildən sonra öz müstəqilliyini bərpa etməsindən bəhs olunur. Vurğulanır ki, müstəqilliyini bərpa etmiş Azərbaycan ilk demokratik respublikanın bütün atributlarını bərpa edib. Hazırda müasir Azərbaycan regionun ən inkişaf etmiş dövləti olmaqla yanaşı, iri infrastruktur layihələrinə imza atır. Bütün sahələr üzrə əldə olunan uğurlar ölkənin dünyadakı mövqeyinin gücləndirilməsinə xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: