Payız suvarma mövsümü mütəşəkkil keçirilir

138

Naxçıvan Muxtar Respublikasında ötən  ay suvarma mövsümünün  mütəşəkkil keçirilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin olunması, su itkisinin qarşısının alınması diqqətdə saxlanılıb.

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində su istifadəçilərinə oktyabr ayı ərzində 10,7 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma da daxil olmaqla 8 min 658 hektar torpaq sahəsi suvarılıb. Bu dövrdə 19 kilometr beton və torpaq kanal, 23 kilometr ara arxlar lildən təmizlənib, 20 kilometr yeni suvarma boru xətti çəkilib, 4 kilometr suvarma boru xətti təmir-bərpa olunub.

Kəngərli rayonunun Böyükdüz kəndindəki 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi də davam etdirilib, müxtəlif diametrli borularla  20 min 186 metr boru xətti çəkilib. Torpaqların qrunt sularından təmizlənməsi üçün  açıq drenaj  kanalı qazılıb, 157 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb.

Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilib, 6 kilometrdən çox içməli su xətti təmir edilib. Ordubad rayonunun Dəstə kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün müxtəlif diametrli borularla 2500 metr yeni içməli su xətti çəkilib.

Kəhrizlərin təmir-bərpası oktyabr ayında da diqqətdə saxlanılıb, 5 kəhrizdə bərpa  işləri davam etdirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 56 subartezian quyusunda isə təmir işləri aparılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində  Ordubad rayonunda sutəmizləyici qurğuda tikinti işləri başa çatıb, Şahbuz şəhər çirkab su təmizləyici qurğu ətrafında abadlıq işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: