Təklif və layihəni müdafiə nazirinin müavini David Paxçanyan irəli sürüb. Ermənistan ordusu və hərbi-texniki təchizatının zəifliyindən şikayət edən Paşinyan iclasda bildirib ki, hazırda ölkənin hərbi-sənaye kompleksi, demək olar ki, tam olaraq özəl sektorun yardımı ilə işləyir.
O, hətta sarkazmla Ermənistanın hərbi sənayesinin yarıtmaz vəziyyətdə olmasına da işarə edib: “Biz yeni hərbi-texniki elmi təhqiqat institutunu özəl sektorla əməkdaşlığa son qoymaq üçün yaradırıq, yoxsa istehsalımızın həcmi o qədər böyükdür ki, əlavə dövlət strukturunun da yaranmasına ehtiyac var?”
Paxçanyan isə cavab verib ki, “yeni struktur istehsalla deyil, strateji-texniki məsələlərin həlli ilə məşğul olacaq. Çünki Ermənistanda indi bu sahədə iş çox sistemsiz aparılır.