Pakistanın yeni seçilmiş Baş naziri İmran Xanın andiçmə mərasimi olub

188

Pakistanın 22-ci Baş naziri seçilmiş “Təhrik-ə-İnsaf” (“Ədalət uğrunda hərəkat”) partiyasının lideri İmran Xan İslamabaddakı Prezident sarayında ölkə qanunlarına uyğun olaraq and içib.

NUHÇIXAN xəbər verir ki, İmran Xan çıxışında əhalinin yoxsul təbəqəsinə kömək, fermer təsərrüfatlarına dəstək, tibbin, təhsilin və digər sosial xidmətlərin inkişafı barədə danışıb.

Xarici siyasət kursu haqqında söhbət açan İmran Xan Pakistanın qonşu dövlətlərlə, xüsusilə də Çinlə əməkdaşlığın möhkəmlənməsi, Əfqanıstanda vəziyyətin sabitləşməsi məsələsinə xüsusi diqqət çəkib. O, Kəşmir problemi ilə bağlı Pakistanla Hindistan arasında dialoqu bərpa etməyə hazır olduğunu da bildirib.

Xatırladırıq ki, cümə günü Pakistan Milli Assambleyasında (parlamentin aşağı palatası) keçirilən səsvermədə 65 yaşlı İmran Xanın namizədliyini 272 deputatın 176-sı dəstəkləyib, rəhbəri olduğu “Təhrik-ə-İnsaf” partiyası isə 115 mandat qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: