Pakistan Baş nazirinin köməkçisi: Azərbaycan kimi dost və qardaş ölkələrlə münasibətlərin daha da inkişafına çalışırıq

184

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haqla görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən NUHÇIXAN-a verilən məlumata görə, səfir Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanın Pakistanla siyasi əlaqələrlə yanaşı, iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da artırılmasında maraqlı olduğunu bildirib. Səfir Azərbaycanın Pakistana dəstəyinin davam edəcəyini və Pakistanın da Dağlıq Qarabağ və digər həssas məsələlərdə Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haq Pakistanın həmişə Azərbaycan kimi yaxın dost və qardaş ölkələrlə əlaqələrə xüsusi önəm verdiyini və münasibətlərin daha da inkişafına çalışdığını, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriliməsi gərəkdiyini vurğulayıb.

Görüşdə həmçinin ikitərəfli səfərlərin daha da artırılması, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəyin və birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: