Özbəkistanda eradan əvvəl III əsrdə inşa edilən qala tapılıb

202

Bizim eradan əvvəl III əsrdə inşa edilən Uzundərə qalasında aparılan arxeoloji tədqiqatlar göstərib ki, bu qala Selevkilər dövlətinin daxilində olub və onun şimal sərhədlərini köçəri hücumlarından qoruyub.

NUHÇIXAN xəbər verir ki, alimlər ona Böyük Baktriya səddi adı veriblər.

Uzundərə qalası müasir Özbəkistan, Tacikistan və Əfqanıstanın ərazisində yerləşən Baktriyadakı Baysun dağlarında olub. Qala dördbucaqlı rombşəkilli formadadır. Üçbucaqlı qala isə möhkəm ikiqat divarlarla əhatələnib. Daxili qalereyanın eni 9 metrdir. Qalanın əsasını mərkəzi bina təşkil edir ki, burada dərinliyi 4 metr olan iki böyük zirzəmi var. Zirzəmidə hidroizolyasiya və axar su olduğu üçün güman edilir ki, mühasirə zamanı burada ərzaq və buz saxlayıblar.

Qaladan kənardakı ticarət meydanına yerli sakinlər döyüşçülərə lazım olan məhsullar aparıblar.

Qazıntılar zamanı dəmir dəbilqələrin qalıqları, silahlar, 200 sikkə və müxtəlif saxsı fiqurları tapılıb.

Arxeoloji ekspedisiyanın Baktriya qrupunun rəhbəri Niqora Dvureçenskaya bildirib ki, Uzundərədəki eksponatlar selevkilərin həyatını və yunan-Baktriya qalalarının quruluşunu dərindən öyrənməyə əsas verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: