Özbəkistanda beynəlxalq foruma ölkəmiz də qatılacaq

145

Sentyabrın 6-da Özbəkistanın Şəhrisəbz şəhərində muğam (makom) sənəti üzrə birinci beynəlxalq forum keçiriləcək. Forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, tədbirdə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri iştirak edəcəklər.

UNESCO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə muğam sənətinə həsr olunmuş yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, eləcə də kitab, albom və sərgilərin keçirilməsi planlaşdırılır.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Festival sentyabrın 10-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: