Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb

146

Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 milyon dollar xarici investisiya yatırılıb, bu da 2016-cı illə müqayisədə 20,6 faiz çoxdur.

NUHÇIXAN xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 465 milyon dolları və ya ümumi investisiyaların 24,6 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ölkənin iqtisadiyyatına ikinci ən çox investisiya yatıran ölkə Niderland (356,7 mln. dolar), üçüncü yerdə isə 286,3 milyon dollarla Türkiyədir.

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyalar 2017-ci ildə bu ölkənin ümumi daxili məhsulunun 12,5 faizini təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: