Ötən ay Naxçıvanda dəmir yolu nəqliyyatından 15 minə yaxın sərnişin istifadə edib

236

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən NUHÇIXAN-a verilən məlumata görə,bu ilin avqust ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 13 min 20 ton müxtəliftəyinatlı yük, Ordubad­-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 557 sərnişin daşınıb.

Payız-qış mövsümünə hazırlıq məqsədilə vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılıb, baş və stansiya yollarına baxış keçirilib. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılıb, dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilib, yanğına qarşı texniki müayinə aparılmış, nöqsanlar aradan qaldırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: