Ötən ay muxtar respublikada 315 işaxtaran işlə təmin olunub

185

Ötən ay ərzində muxtar respublikanın məşğulluq mərkəzləri tərəfindən 315 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub. Onların 109-u gənc, 67-si qadın, 9-u sağlamlıq imkanları məhdud şəxs, 4-ü isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ötən ay 77 nəfər müvəqqəti xarakterli işlərə göndərilib, əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 21 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib. Həmçinin kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərində 3 bərbər və 10 bərbər-manikürçü işlə təmin edilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə tədris-hazırlıq, kinooperator hazırlığı üzrə təlim, eləcə də qazanxana maşinisti peşə kursları təşkil olunub.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxana xidmətindən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər tərəfindən 1052 əsər dinlənilib, sağlamlıq imkanları məhdud uşaqlar Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nə cəlb olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: