Ötən altı ayda muxtar respublikada 1315 nəfər işlə təmin olunub

638

Naxçıvan Muxtar Respublikasında cari ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib, xidmət mərkəzlərində olan vakant yerlər üzrə 48, keçirilən əmək yarmarkalarında isə 212 olmaqla, ümumilikdə, 1315 nəfər müxtəlif sahələrdə işlə təmin olunub, 108 nəfər peşə kurslarına cəlb edilib.

NUHÇIXAN xəbər verir ki, bu faktlar beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrin müzakirəsi və altı ayın yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Cavid Səfərov tərəfindən səsləndirilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı ilin birinci yarısında da uzun müddət ünvanlı dövlət sosial yardımı alan 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmalarına yardım edilib. Bundan başqa, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri nəticəsində 215 sahibkarlıq obyektində 236 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 526 halda isə əməkhaqlarının real göstərilməsinə nail olunub. Bunlarla yanaşı, iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət davam etdirilib, 48 işçi fərdi və kollektiv mühafizə vasitələri ilə yerində təmin olunub, 20 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.

Cavid Səfərov diqqətə çatdırıb ki, hesabat dövründə 274 nəfərə sosial xidmət göstərilib, Əlillərin Bərpa Mərkəzində 136 şəxsin, Uşaq Bərpa Mərkəzində 150 uşağın müalicəsi təşkil edilib, 187 nəfərə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 172 nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilib, 57 nəfərə müalicəsi üçün maddi kömək olunub, aztəminatlı 6 ailəyə baş çəkilib, 136 nəfərə isə protez-ortopedik xidmət göstərilib.

Kollegiya iclası məruzə ətrafında müzakirə ilə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: