Ötən il Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb

164

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, 2018-ci il Babək rayonu üçün əlamətdar olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq Ali Məclis Sədrinin iştirakı ilə yubiley tədbiri keçirilib, bir sıra sosial obyektlər tikilərək və yaxud əsaslı yenidən qurularaq istifadəyə verilib.

Bildirilib ki, rayonda ötən il kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılıb. İlin məhsulu üçün 16 min 172 hektar sahədə əkin aparılıb və bu sahələrdə bol məhsul istehsal olunub.

Müşavirədə təhsil, səhiyyə, mədəniyyət, rabitə, nəqliyyat, elektrik təsərrüfatı və digər sahələrin işi də ətraflı təhlil olunub.

İcra hakimiyyətinin başçısı 2019-cu ildə qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, ilk növbədə rayonda əmək və icra intizamına ciddi əməl olunmalı, işə tələbkarlıq artırılmalı, torpaqlardan düzgün və səmərəli istifadə olunmalı, qəsəbə və kəndlərin təmiz və səliqəli saxlanılması daim diqqətdə olmalı, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi artırılmalıdır.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub,-deyən Rasim Hüseynov bildirib ki, rayonda ailə təsərrüfatları formalaşıb. Onların istehsal etdikləri məhsulların təşkil olunan yarmarka və festivallarda satışına şərait yaradılır. Yerli qurumlar rayonun qəsəbə və kəndlərində ailə təsərrüfatlarının yaranması, inkişafı və fəaliyyətləri üçün bütün zəruri tədbirləri həyata keçirməlidirlər.

Müşavirədə maliyyə şöbəsinin müdiri Kamal Cabbarov, statistika idarəsinin rəisi Rəşad Fərəcov və Dövlət Sosial Müdafiə Fondu Babək Rayon Şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək 2018-ci ildə görülən işlər barədə məlumat veriblər.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: